27 İyul 2024

İdarə rəisi Səxavət Məmmədov İstedadlı gənc müğənni Asim Abbasovla görüşüb

Bərdə Regional Mədəniyyət İdarəsində “Milli səs” musiqi yarışmasının qalibi istedadlı gənc müğənni Asim Abbasovla görüş keçirilib. Bərdə rayonundan qatılan Asim Abbasov tamaşaçıların çox böyük dəstəyini qazanaraq SMS səsverməsində 66,66 faiz səslə yarışmada birinci yerə çıxıb. Asim Abbasov qalib olmaqla həm də birinci yerin sahibi üçün nəzərdə tutulmuş “Xəzər” avtomobilini də qazanmış olub.

Qeyd edək ki, Asim Abbasov “Milli səs” Musiqi yarışmasında 500 iddiaçı arasından seçilərək SMS-lə səsvermə mərhələsinə yüksəlmiş 18 gənc müğənnidən biridir.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov müğənni Asim Abbasovu qazandığı qələbə münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 1 nəfər və ayaqda şəkili ola bilər