I ixtisas qrupu üzrə qəbul qaydaları dəyişir
Yanvarın 1-dən I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişir.
Musavat.com-un xəbərinə görə, bu, Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.
Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.
İndiyə qədər I ixtisas qrupuna riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) daxil olub.
Eyni zamanda, I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.
Riyaziyyat-kimya (RK) altqrupu | Riyaziyyat-informatika (Rİ) altqrupu |
1 | 2 |
1. Fizika müəllimliyi | 1. İnformatika müəllimliyi |
Riyaziyyat müəllimliyiTexnologiya müəllimliyi | 2. Riyaziyyat və informatika müəllimliyi |
4. Fizika | 3. Kompüter elmləri |
5. Geologiya | 4. İnformasiya təhlükəsizliyi |
MexanikaRiyaziyyatAerokosmik mühəndislikAqromühəndislik | İnformasiya texnologiyalarıKompüter mühəndisliyiMexatronika və robototexnika mühəndisliyi |
Aviasiya təhlükəsizliyi mühəndisliyiCihaz mühəndisliyiDəniz naviqasiyası mühəndisliyi | Proseslərin avtomatlaşdırılması mühəndisliyiSistemlər mühəndisliyi |
Ekologiya mühəndisliyiElektrik və elektronika mühəndisliyiEnergetika mühəndisliyiGəmi energetik qurğularının istismarı mühəndisliyiGəmiqayırma və gəmi təmiri mühəndisliyiGeologiya və geofizika mühəndisliyiGeomatika və geodeziya mühəndisliyiHava nəqliyyatının hərəkətinin təşkiliHəyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyiİnşaat mühəndisliyiKimya mühəndisliyiKommunikasiya sistemləri mühəndisliyiLogistika və nəqliyyat texnologiyaları mühəndisliyiMaşın mühəndisliyiMateriallar mühəndisliyi |
3
1 | 2 |
28. Mədən mühəndisliyi | |
29. Meliorasiya mühəndisliyi | |
30. Memarlıq* | |
31. Metallurgiya mühəndisliyi | |
32. Mexanika mühəndisliyi | |
33. Mühəndis fizikası | |
34. Neft-qaz mühəndisliyi | |
35. Nəqliyyat mühəndisliyi | |
36. Nəqliyyat tikintisi mühəndisliyi | |
37. Qida mühəndisliyi | |
38. Radiotexnika və telekommunikasiyamühəndisliyi | |
39. Şəhərsalma | |
40. Sənaye mühəndisliyi | |
41. Uçuş mühəndisliyi | |
42. Yanğın təhlükəsizliyi mühəndisliyi | |
43. Aqronomluq | |
44. Balıqçılıq | |
45. Meşəçilik | |
46. Şərabçılıq | |
47. Torpaqşünaslıq və aqrokimya | |
48. Yerquruluşu və daşınmaz əmlakınkadastrı | |
ZoomühəndislikHərbi kompozisiya materialları mühəndisliyi | |
51. Hərbi rabitə vasitələri mühəndisliyi | |
52. Optotexnika mühəndisliyi | |
53. Pirotexniki və partladıcı vasitələrmühəndisliyi | |
54. Sərhəd təhlükəsizliyi və idarəetmə | |
55. Silah və silah sistemləri mühəndisliyi |