27 İyul 2024

“Heydər Əliyev İli” çərçivəsində Bazardüzü zirvəsinə yürüş

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramının bildirilməsi məqsədilə “Kapital Bank” ASC-nin Gəncə filialının bir qrup əməkdaşı”Bazardüzü zirvəsinə yürüş ediblər.

Çətin hava şəraitinə baxmayaraq, 3 günə zirvəyə çatmağa nail olan iştirakçılar orada Azərbaycan Respublikasının Dövlət bayrağını dalğalandırıb, Dövlət Himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

4 fəslin bir arada yaşandığı yürüş uğurla sona çatıb.

Qeyd edək ki, Bazardüzü zirvəsi – Azərbaycanın ən hündür nöqtəsidir. Hündürlüyü 4466 metrdir. Zirvə Böyük Qafqaz dağlarının şərqində, Baş Qafqaz silsiləsində, Rusiya – Qusar – Qəbələ sərhəddində yerləşir. İlk dəfə zirvəyə A.Aleksandrov 1847-ci ildə qalxmışdır. Zirvə daimi buzlaq sahəsi ilə örtülüdür.