11 Noyabr 2024

Həyat yoldaşı və üç oğlunu güllələyib intihar etdi

Dəhşətli hadisə Türkiyənin Hacıəhmət məhəlləsi,Yoxuşbaşı küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb.

Media1.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət işsiz qalmasından yana psixoloji gərginlik içində olan 33 yaşlı Özgür Naymanla həyat yoldaşı Sevilay Nayman arasında yaşanan münaqişənin ardından eşidilən silah səslərini eşidən qonşular polisə xəbər veriblər. Məlumat aldıqdan dərhal sonra hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım heyəti cəlb olunub.Evə daxil olan polislər 40 yaşlı Sevilay Naymanın,7 yaşlı Hezdar Naymanın və 9 yaşlı Çinar Naymanı qan içində ölmüş görüblər.

Ata Özgür Nayman isə başına güllə vurmaqla intihar edib. Ağır yaralı vəziyyətə xəstəxanaya götürülüb.