28 Mart 2024

Gürcüstan son qərarını verdi – “Ukraynaya hərbi yardım…”

“Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək, çünki münaqişəyə qarışmaq istəmir”.

Bunu Gürcüstan baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiyani məlumat verib.

“Gürcüstan hakimiyyəti Gürcüstan dövlətinin hərbi qarşıdurmaya qarışmasına imkan verməyəcək, ona görə də qarşıdurmada olan tərəflərdən birinə hərbi yardım göstərə bilməyəcəyik. Üstəlik, bildiyimə görə, söhbət bizim aldığımız silahların ötürülməsindən gedir”, – Tsulukiyani bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan silahlı münaqişələr yaşayıb və bunun bir daha baş verməsinin qarşısını almaq hakimiyyətin borcudur./Teleqraf.com