19 Mart 2024

Gürcüstan hakimiyyəti polşalı həkimlərə Saakaşvilini müayinə etməyə icazə verdi – FOTO

Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin bir qrup polşalı həkim tərəfindən müayinə olunmasına icazə verib.

Bu barədə “Radio Svoboda”nın jurnalisti Rikard Jozvyak məlumat verib.

Jozvyak adı açıqlanmayan Avropa İttifaqı rəsmilərinə istinad edib. “Polşanın həkim komandasına Saakaşvilini görməyə icazə verilib”, – deyə o, “Twitter” hesabında paylaşım edib.

Jozvyak qeyd edib ki, söhbət Saakaşvilinin Polşaya göndərilməsindən getmir, polşalı həkimlər onu Gürcüstanda müayinə edəcəklər.

Lakin polşalı həkimlərdən ibarət nümayəndə heyətinin bu ölkəyə nə vaxt gedəcəyi hələlik məlum deyil.