27 İyul 2024

Gözlər Vaşinqtonda: Bayramovla Mirzoyanın danışıqları davam edir

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin danışıqlar prosesi davam edir.

Media1.az APA-ya istinadən xəbər verir ki, tərəflər arasındakı danışıqlar prosesi Vaşinqtonda həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dünən ABŞ dövlət katibi Blinkenin iştirakı ilə üçtərəfli görüş keçirilib.

Ardından isə tərəflərin ikitərəfli görüşü baş tutub.