25 İyun 2024

Füzuli və Cəbrayıla prokurorlar təyin olundu

Baş prokuror Kamran Əliyev bir neçə təyinatla bağlı əmrlər imzalayıb.

Media1.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, K.Əliyevin Əmrinə əsasən, Cəbrayıl rayon prokuroru Ramiz Əliyev vəzifəsindən azad olunub və o, Füzuli rayon prokuroru vəzifəsinə təyinat alıb.

Digər Əmrlə, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. E.Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.

K. Əliyevin daha bir Əmri ilə isə Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinə gətirilib. O bu təyinata qədər Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.