25 Aprel 2024

Futbolçular təyyarədə huşunu itirdi – FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d’İvuara uçarkən təyyarədə huşlarını itiriblər.

Onların oksigen çatışmazlığı səbəbindən vəziyyətlərinin pisləşdiyi və bunun da təyyarənin balaca olmasından qaynaqlandığı bildirilib.

Hadisədən sonra komanda Qambiyaya qayıdıb.

Daha sonra jurnalist Sane Malanq bildirib ki, komanda yeni təyyarə ilə təmin olunub və o, futbolçuları təyinat yerinə çatdırmaq üçün artıq Kot-d’İvuara uçub.

Qeyd edək ki, Afrika Kuboku yanvarın 13-dən fevralın 11-dək keçiriləcək. Qambiya yığmasının ilk oyunu yanvarın 15-də Seneqal millisinə qarşı olacaq.//Oxu.az