20 Aprel 2024

Fransa Prezidenti koronavirusa yoluxub

Emmanuel Makronun testinin nəticəsi pozitiv çıxıb

 

Fransa Prezidenti Emmanuel Makrona koronavirus diaqnozu qoyulub. Media1.azın bildirdiyinə görə bu barədə Yelisey Sarayı açıqlama yayıb.

 

Qeyd olunub ki, özünü narahat hiss edən Makron kooronavirus testi verib. Prezidentin testinin nəticəsi pozitiv çıxıb.

 

“Prezident yeddi günlük karantinə alınıb. Lakin ölkə başçısı işinə davam edəcək və vəzifələrini onlayn şəkildə yerinə yetirəcək”, – Yelisey Sarayından bildirilib.