08 Noyabr 2024

Əsgərandan atəş xəbəri-Rusiya MN təhriflərindən əl çəkmir

Qarabağın Xocalı rayonunda, Əsgəran qəsəbəsində Rusiya sülhməramlıları tərəfindən atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.

Media1.az bildirir ki, hadisə nəticəsində ölən və yaralananlar olmayıb. Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, kontingentin komandanlığı Ermənistan (?-M.) və Azərbaycan tərəfləri ilə birlikdə araşdırma aparır.

Ənənəvi qaydada toponimlərimizi təhrif edərək, “Dağlıq Qarabağ”, “Əsgəran rayonu” kimi ifadələrdən istifadə edən Rusiya MN Xankəndinin adını da “stepanakert” olaraq bülletenində yazıb. Bildirilib ki, bu şəhərə 204,8 ton humanitar yük çatdırıblar.