25 Aprel 2024

Ermənistanın baş naziri Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

Media1.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a hökumətdəki mənbə bildirib.


“Belə bir səfər nəzərdə tutulmayıb”, – deyə hökumətdən bildiriblər.

Paşinyan sonuncu dəfə Davos forumunda yalnız 2019-cu ildə iştirak edib. 2022-ci ildə Ermənistanı prezident təmsil edib.

Koronavirus pandemiyası ilə əlaqədar verilən iki illik fasilədən sonra Dünya İqtisadi Forumunun sessiyası bu gün İsveçrənin Davos xizək kurortunda açılır.

Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edəcək.