19 Mart 2024

Ermənistan – Türkiyə matçı: Qardaş ölkə QALİB GƏLDİ

Bu gün ölkəmizdə də maraqlana gözlənilən Ermənistan – Türkiyə matçı keçirilib.

Musavat.com xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsinin I turunda D qrupunda Türkiyə yığması səfərdə Ermənistan üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. Türkiyə yığmasının müdafiəçisi Ozan Kabak avtoqol müəllifi olub. 35-ci dəqiqədə Orkun Kökcü uzaq məsafədən zərbə hesabı bərabərləşdirib.

Türkiyə yığmasının qələbə qolunu 64-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.