29 Mart 2024

Ermənistan MN məlumat yaydı: 4 hərbçi… – YENİLƏNİB

Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində yaralanan erməni hərbçilərinin sayı 4-ə çatıb.

Musavat.com xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

***

Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Musavat.com Azərbaycan Müfadiə Nazirliyinə istinadən xəbər verir ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi isə 3 hərbçilərinin yaralandığı barədə məlumat yayıb.