27 İyul 2024

Erməni radikallar Həkəri körpüsü yaxınlığında mitinq keçirib – FOTOLAR

Mayın 20-də erməni revanşistlər Gorus rayonunun “Kornidzor” adlandırılan kəndində mitinq keçiriblər. Həkəri körpüsü yaxınlığında təşkil edilən mitinqin kadrları yayılıb.

Musavat.com xəbər verir ki, “Könüllülər Hərəkatı” ictimai təşkilatının təşkilatçılığı ilə keçirilən mitinqdə sərsəm iddialar səsləndirilib.

“Könüllülər Hərəkatı” QHT-nin yaydığı bəyanatda deyilir: “Ermənistan qarşısında qoyulan güzəştlərə və sərhədlərə “yox” deyirik!”

Özlərini Ermənistanın və “artsax”ın (?!-M.) “sahibi” adlandıran bu hay yığını vəziyyəti gərginləşdirməyə yönəlik çıxışlar edib.

Media1.az