11 Noyabr 2024

Ən böyük qorxu gerçək oldu – Putinin “sağ əli” ELAN ETDİ

Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyanın Ukraynada NATO ilə müharibə vəziyyətində olduğunu açıqlayıb.

Media1.az xəbər verir ki, Təhlükəsizlik Şurasının katibi Ukraynadakı hadisələrin Moskva ilə Kiyev arasında münaqişə olmadığını bəyan edib.

“Bu, Rusiya ilə NATO, xüsusən də ABŞ və İngiltərə arasında hərbi münaqişədir”.

Patruşev Qərbin son məqsədini də açıqlayıb.

63bd43444e3fe0174859cee7.jpg (70 KB)

“Qərblilərin planı Rusiyanı parçalamağa davam etmək və nəticədə onu dünyanın siyasi xəritəsindən silməkdir”, – o bildirib.

Bu bəyanatdan sonra Rusiyadan növbəti qorxu dolu bəyanat gəlib.

Rusiya müdafiə naziri Sergey Şoyqu “Nüvə silahı inkişaf etdirməyə davam edəcəyik” deyərək dünyaya mesaj verib.

“Nüvə qalxanı dövlətimizin suverenliyi və ərazi bütövlüyünün əsas təminatçısı olduğuna görə, biz nüvə triadasını inkişaf etdirməyə və müharibəyə hazır olmağa davam edəcəyik” – rusiyalı nazir deyib.