27 İyul 2024

Elşad Məmmədovun güllələnməsi barədə DİN məlumat yaydı

ATVFM. LİVE-in xəbərinə əsasən məlumatda deyilir:Bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.