27 İyul 2024

Əlilliyi olan şəxslər üçün təlimlər keçirilib

Demokratiyanı Öyrənmə” İctimai Birliyi 25 və 30 Noyabr 2022-ci il tarixlərində Salyan və İmişli rayonlarında əlilliyi olan şəxslər üçün təlimlər təşkil edib. Hər iki təlim Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı  tərəfindən icra olunan “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi  üzrə Birlik tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və müdafiəsi” layihəsi çərçivəsində reallaşdırılıb.

Salyan rayonundan 21, İmşli rayonundan isə 25 əlilliyi olan şəxsin qatıldığı təlimlərdə iştirakçılar BMT-nin   “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının və milli qanunvericiliyin əlilliyi olan şəxslərin hüquqları, imtiyazları və güzəştlərinə dair müddəaları ilə tanış ediliblər. İştirakçılara həmçinin Layihə çərçivəsində hazırlanmış və əsas məqsədi hədəf qrupların məlumatlılığının artırılmasına xidmət edən “Əlilliyi olan şəxslər: hüquqlar, mtiyazlar, güzəçtlər” adlı Bələdçi təqdim edilmiş və https://destekci.az/ saytı haqqında məlumat verilmişdir. Bu cür təlimlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulmuşdur.