22 Noyabr 2024

Əkdikləri taxılı suvara bilməyən fermerlərlə bağlı AÇIQLAMA

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Şəkinin Böyük Dəhnə kəndinin taxılçılıqla məşğul olan fermerlərinin əkdikləri taxılı vaxtında suvara bilmədikləri ilə bağlı şikayətlərinə cavab verib. 

Qurumun Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Sabir Əhmədov Oxu.Az-a açıqlamasında bildirib ki, kənd sakinləri tarix boyu həmin sahəni heç bir suvarma sistemi olmayan dəmyə üsuluyla əkiblər:

“Onların idarə ilə heç bir razılıq müqaviləsi olmayıb. Heç bir suvarma sistemi, su mənbəyi olmadan oranı su ilə təmin etməyimiz mümkün deyil. Həmin ərazi qış otlaqları üçün ayrılan yerdir.

Əraziyə 100 kilometr uzaqda yerləşən su mənbəyindən borular vasitəsilə su gətirilir ki, mal-qara su ilə təmin edilsin”.

Qeyd edək ki, Böyük Dəhnə kənd sakinləri bu il suvarma suyu olmazsa, məhsuldarlığın aşağı düşəcəyindən şikayətçidirlər.