22 Aprel 2024

Ebru Gündeş yeni imici ilə sosial medianı silkələyib – FOTO

Karyerası ilə yanaşı şəxsi həyatı ilə də diqqət çəkən adlardan biri olan Ebru Gündeş imicində dəyişiklik edib.

Qızının atası Rza Zərrabdan boşandıqdan sonra adı iraqlı iş adamı Rassan Xoşnəvlə hallanan Ebru Gündeş dəyişikliklərlə gündəmə gəlib.

İnstaqram hesabında yeni kadrlarını yayımlayan Gündeş yeni imicini izləyicilərinə nümayiş etdirib.

İllər əvvəl sinəsini və burnunu düzəltdirən 49 yaşlı Gündeşin yenidən üzündə plastik əməliyyat etdirdiyi iddia edilib.

İmicində dəyişiklik edən məşhur müğənni yeni kadrlarına “Bəzən” qeydini yazıb.

Böyük pərəstişkarı olan Ebru Gündeş izləyiciləri tərəfindən şərhlər və bəyənmələr yağdırıb.//Baku.ws