27 İyul 2024

Deputat seçicilərini qəbul etdi, problemlərə dair qərarlar verildi

Bu gün deputat Azay Quliyev Binəqədi bələdiyyəsinin inzibati binasında seçiciləri qəbul edib. Qəbulda seçicilər məşğulluq, sosial təminat, əmlak, hüquqi və digər məsələlərlə bağlı onları narahat edən halları deputatın diqqətinə çatdırıblar. Qəbulda iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.


Qəbulda Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak edib.

2.jpg (108 KB)
3.jpg (135 KB)
4.jpg (90 KB)