DÇ-2022: İştirakçı ölkələrin hər biri qol vurub, Braziliya qapısını toxunulmaz saxlayıb
![](https://media1.az/wp-content/uploads/2022/12/6cc5dc40114a3546dc5f76ec42e8403b.jpg)
Qətərdəki dünya çempionatında iştirak edən bütün ölkələrin yığmaları qrup mərhələsində qol vurublar.
“Report” xəbər verir ki, ən yaxşı göstərici hələlik İspaniya və İngiltərə milli komandalarına məxsusdur. Sözügedən kollektivlər mundialda keçirdiyi 3 oyunda hərəyə 9 dəfə fərqlənib.
Uels, Danimarka, Belçika, Qətər və İsveçrə yığmaları cəmi 1 qol imza atıblar. İndiyədək ən çox top buraxan komanda Kosta Rika seçməsidir – 11.
Qrup mərhələsində qapısını toxunulmaz saxlayan yeganə yığma isə Braziliyadır – 3:0.
Qeyd edək ki, mundiala dekabrın 18-də yekun vurulacaq.