27 İyul 2024

Dayanıqlı İqtisadiyyatın yaratdığı reallıq

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiyanı dövlət başçısı cənab İlham Əliyev inamla davam etdirərək Azərbaycanın dinamik inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Bu alternativsiz siyasətin Azərbaycana gətirdiyi böyük uğurlar respublika hüdudlarından kənardada yüksək etimadla, rəğbətlə qarşılanır. Bir çox qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf və tərəqqi mərhələlərini qısa müddətdə adlayan, keçid dövrü üçün səciyyəvi olan problemlərin öhdəsindən inamla gələn respublikamızın qısa müddətdə əldə etdiyi nailiyyətlər, ilk növbədə cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə izah olunur. Möhtərəm Prezidentimizin məhz bu fenomen keyfiyyətləri sayəsində Azərbaycanın qlobal böhrana qarşı effektiv müqavimətini təmin etmiş, onun mənfi təsirlərinə qarşı tədbirlər həyata keçirmişdir.

Dövlət başçımız cənab İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələlərə toxundu, müəyyən dairələrə mühüm mesajlar verdi. Dövlətimizin başçısı ötən dövrdə baş verən prosesləri təhlil etməklə yanaşı qarşıda dayanan hədəfləri də göstərdi. Möhtətəm Prezidentimiz müsahibəsində Ermənistanın razılaşmalara əməl etmədiyini, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini xatırladıb. Sülh danışıqlarına gəlincə, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir.

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Azərbaycan bölgələrinin ümumi inkişafı sosial xarakter daşımaqla bərabər, eyni zamanda ölkəmizi gücləndirir.

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıb. Bu yöndə xeyli işlər görülüb. Böyük Qayıdışın ilk müjdəsi olan Ağalı kəndinə və Talış kəndinə əhali köçürülüb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə gəlir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir.

Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Çox sevindirici haldır ki, Laçın şəhərində də geniş quruculuq-bərpa işləri gedir və bu il Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinə də keçmiş köçkünlər qayıdacaq. Prezidentin dediyi kimi, bu ilin yay aylarında 700-dən çox ailə Laçın şəhərinə köçürüləcək. İlin sonuna qədər isə adını çəkdiyimiz kəndlərə qayıdış baş tutacaq. Bütövlükdə, görülən işlər ən müasir standartlara uyğundur. Əminliklə demək olar ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi