27 İyul 2024

Cənubi Koreyada HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb – FOTO

Cənubi Koreyada Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus KA-1 tipli hücum təyyarəsi qəzaya uğrayıb.

Hadisə ölkənin şimal-şərqindəki Kanvondo əyalətinin Hvenson ərazisində baş verib. Təyyarənin heyət üzvləri sağ qalıblar.

Hər iki pilot katapult edərək təyyarəni tərk edib. Pilotlar xəsarət almayıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Mənbə: “Yonhap”