Bütün sosial ödənişlər BU TARİXDƏ yekunlaşacaq – RƏSMİ
![](https://media1.az/wp-content/uploads/2024/01/bankomat.jpg)
Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Media1.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.