Bugünkü hava meteohəssas insanlar üçün əlverişsizdir
![](https://media1.az/wp-content/uploads/2023/04/həssas.jpg)
Bu gün müşahidə olunan tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bu barədə Media1.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.