01 Mart 2024

Bu gün zərərsizləşdirilən separatçıların FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycan hərbçiləri Şuşa rayonunun Xəlfəli kəndi ərazisində Qarabağdakı separatçı tör-töküntülərin təxribatının qarşısını alıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, erməni separatçıların Laçın yoluna alternativ olan Xəlfəli yolu ilə Ermənistandan Xankəndinə silah-sursat daşınmasının davam etdirildiyi barədə bir müddətdir siqnallar daxil olub:

“Bu gün səhər saatlarında bu barədə əməliyyat məlumatları alan Azərbaycan hərbçiləri ərazidə yoxlama aparmaq üçün Xəlfəli yoluna çıxıb. Əməliyyatçılarımız yolla hərəkət edən erməni maşınını saxlamaq istəyərkən avtomobildən onlara atəş açılıb. Cavab atəşi ilə düşmən zərərsizləşdirilib. Ermənistan mətbuatı podpolkovnik, mayor və leytenant rütbəli 3 separatçının öldürüldüyü, bir nəfərin yaralandığı barədə məlumat yayıb”.

Az öncə teleqram kanallarında zərərsizləşdirilənlərin görüntüləri yayılıb.

Musavat.com həmin görüntüləri təqdim edir:

Nigar HƏSƏNLİ,
Musavat.com