19 Mart 2024

Bu gün “Ramştayn” formatının növbəti görüşü keçiriləcək

“Ramştayn” formatının növbəti görüşü martın 15-də keçiriləcək.

APA xəbər verir ki, bu barədə Aleksey Reznikov “Facebook” səhifəsində məlumat verib. Nazirin sözlərinə görə, o, Niderlandın müdafiə naziri Kaysa Ollonqrenlə Nikolayv və Odessa vilayətlərinə səfəri zamanı sabah keçiriləcək “Ramştayn” formatında növbəti görüşə hazırlıqla bağlı mühüm məsələləri müzakirə ediblər.

Görüş ərəfəsində Reznikov Pentaqonun rəhbəri Lloyd Ostinlə telefonla danışıb.

Nazir amerikalı həmkarı ilə əməkdaşlıq və qələbəyə aparan yol haqqında fikir mübadiləsi apardığını bildirib.

Fevral ayında Reznikov “Ramştayn”ın növbəti görüşünün böyük ehtimalla onlayn keçiriləcəyini bildirmişdi.