19 Mart 2024

“BMT təsisatları ilə QHT Agentliyinin əməkdaşlığı müsbət nəticələr verəcək” – Cenevrədə mühüm görüş

BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru xanım Tatyana Valovaya ilə görüşüb.

Media1.az xəbər verir ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı eyni zamanda, Agentliyin bu istiqamətdə BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlıq etdiyini vurğulayıb. Davamlı İnkişaf Məqsədlərinin əldə olunması istiqamətində Agentliyin BMT-nin rezident əlaqələndiricisi ilə memorandum imzaladığını və bu çərçivədə vətəndaş cəmiyyəti təsisatlarının fəallığını qeyd edib.
Baş direktor isə öz növbəsində Agentliyin nümayəndə heyətini Cenevrədə görməkdən məmnun olduğunu və gələcəkdə BMT təsisatları ilə Agentliyin əməkdaşlığının Azərbaycan vətəndaş cəmiyyəti üçün müsbət nəticələr verəcəyinə əminliyini bildirib.

eb399c6c-ac0c-4c45-a12b-a25d58548988.jpg (260 KB)