16 Aprel 2024

BMT-də Rusiya ilə bağlı xüsusi tribunal yaradılması təklif olunur

“BMT Rusiyanın Ukraynaya təcavüzü cinayətini araşdırmaq üçün xüsusi tribunal yaratmalıdır. Müvafiq qətnamənin bu il BMT Baş Assambleyasına baxılması üçün təqdim edilməsi planlaşdırılır”.

“Report”un məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının açıq debatları zamanı Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarova deyib.

“Biz bütün məsul dövlətləri Baş Assambleyaya təqdim etmək niyyətində olduğumuz tribunalın yaradılması ilə bağlı qətnaməni dəstəkləməyə çağırırıq”- deyə, o bildirib.

Onun sözlərinə görə, indi ədalətin bərpası əsas məqamlardan biridir: “Bu, bütün rus hərbi cinayətkarlar məsuliyyətə cəlb edildikdə əldə edilə bilər. Bu səhər mən tərəfdaşlarla geniş spektrli məsələləri, o cümlədən xüsusi tribunalla bağlı məsələni müzakirə etdim. Ukrayna rəhbərliyi fevralda bir nömrəli prioritetin “sülh formuluna” dair qətnaməni müzakirə etmək qərarına gəlib.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serqey Kislitsa bu qətnaməni müzakirə edir. Bunun üçün BMT Baş Assambleyasının xüsusi sessiyası çağırıla bilər. Məsuliyyətlə bağlı qətnamə də bu ilin sonunda təqdim oluna bilər”.