28 Mart 2024

Beynəlxalq səyyahlar Kəlbəcərdə – Fotolar

Beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.

Media1.az-ın APA-ya istinadla məlumatına görə, 12 ölkə – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisu ilə tanış olacaqlar.

Qonaqlar ermənilərin Azərbaycan torpağında törətdikləri vəhşiliklə yerində tanış olacaqlar. Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin ötən gündə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.

63df446a78af063df446a78af1167557642663df446a78aee63df446a78aef.jpg (161 KB)