27 May 2024

Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadıldı

İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab olunub və nəticədə onun həbs müddəti 2 ay uzadılıb.

Bundan əvvəl yanvar ayında B.Hacıyevin həbs müddəti bir aylıq uzadılmışdı.

Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.

Əlavə edək ki, B.Hacıyev CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunur.