25 Aprel 2024

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

Media1.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, bu gün Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə və ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb:

“Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Bir azdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcəyik”.

Xatırladaq ki, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunan B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir. Vəkilləri Hacıyevin 1 aydan çoxdur aclıq aksiyası etdiyini qeyd edirdi.