27 İyul 2024

Bərdənin Zümürxan kəndində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Bərdə rayonunun Zümürxan kəndindəki şəhidlər abidə kompleksi qarşısında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Zümürxan kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin kənd İƏD üzrə nümayəndəsi, Zümürxan bələdiyyəsinin sədri və üzvləri, kənd sakinləri və Zümürxan kənd tam orta məktəbinin müəllim kollektivi iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram sükutu ilə yad edilib.

Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şerlər səsləndirilib.

Sonda seyid Cahangir Əzimov şəhidlərin ruhuna müqəddəs Qurandan Yasin surəsi oxuyub.

Tədbir abidə önünə gül dəstələri qoyulmaqla yekunlaşıb.