26 İyul 2024

Bərdənin Piyadalar məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edilib

Martın 7-də Bərdə rayon Piyadalar kənd məktəbində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edilib.

Media1.az-ın xəbərinə görə məktəbin direktoru Anar Baxşəliyev tədbir iştirakçısı şəhid analarını , məktəbin xanım müəllimələrini 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara bayram hədiyyələri təqdim edib.

Onu da qeyd edək ki, məktəbdə keçirilən tədbirlə yanaşı Piyadalar kənd ümumi orta məktəbin direktoru Anar Baxşəliyev şəhid ailəsinin evinə baş çəkib, qadınlar günü münasibətilə şəhid ailəsinin qadın üzvlərini təbrik edib.

Alim Zeynalov- Media1.az