25 Aprel 2024

Bərdəlilər Türkiyəyə qardaş yardımı göndərib

Bərdəlilərdən Türk soydaşlarımıza qardaşlıq yardımı

Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara humanitar yardım aksiyasına Bərdə rayon İcra Hakimiyyəti də qoşulmuşdur.

Fevralın 13-də rayon İcra Hakimiyyəti tərəfindən əsasən ərzaq, quru qida məhsulları və digər gündəlik tələbat mallarından ibarət humanitar yardım Gəncə şəhərində yerləşən Türk Konsulluğuna təhvil verilmişdir.Eyni zamanda sözügedən humanitar kampaniyada rayon əhalisi də fəal iştirak edir. Edilən yadımları qəbul etmək, çeşidləyib yola salmaq üçün rayon gənclərindən, könüllülərdən və qeyri-hökümət təşkilatları nümayəndələrindən ibarət qərargah yaradılmışdır.

İndiyədək rayon əhalisi tərəfindən türk soydaşlarımız üçün toplanan bir Tır həcmində humanitar yardım qardaş ölkəyə yola salınmış, bu gün-13 fevral 2023-cü il tarixdə isə əsasən yataq, geyim əşyaları, generator, qızdırıcı və digər zəruri avadanlıqlar və quru qida məhsullarından ibarət olan daha bir Tır həcmində humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə çatdırılmışdır. Bərdə əhalisinin türkiyəli soydaşlarımıza humanitar yardımı davam etməkdədir.