27 İyul 2024

Bərdəli Əli Dünya Kubokunun Çempionu olub

15 – 20 May tarixləri arasında Türkiyənin İstanbul şəhərində Kikboks idman növü üzrə WAKO dünya kuboku keçirilib.

Media1.az-ın xəbərinə görə, Beynəlxalq yarışda 87 ölkədən 3700 idmançı iştirak edib. Azərbaycan Kikboks Fedarasiyasının milli yığma komandosunun üzvü Avropa çempionu, Bərdə şəhər sakini Əli Mayılzadə bu yarışda öz gücünü sınayaraq yeniyetmələr arasında 54 kg çəki dərəcəsində K1 versiyası üzrə 3 döyüş keçirib. Bütün rəqiblərinə qalib gələrək Dünya Kubokunun Çempionu Olub.

Qələbə ilə doğma şəhərinə qayıdan Əli Mayılzadə ilk növbədə Bərdədəki şəhidlər xiyabanını ziyarət edib. Ziyarət ardından Əli Mayılzadə Bərdə Ağsaqallar Şurasında olub. Qalib idmançı ilə burada səmimi görüş təşkil edilib. İdmançı Bərdə Ağsaqqallar Şurası adından mükafatlandırılıb.

Qeyd edək ki, Əli Mayılzadəni Beynəlxalq yarışa gənclər və yeniyətmələrdən ibarət Milli Yığma Komandasının baş məşqçisi əməkdar məşqçi, prezident mükafatçısı Avropanın ən yaxşı məşqçisi Hakim Hacıyev hazırlayıb. Köməkçi məşqçilər İsə Mehman Quliyev və Rəsul Hacıyev olub.

Musa Muradlı- Media1.az