15 İyun 2024

Bərdədə qəbristanlıqlarda təmizlik işləri aparılır

Bərdədə yaz-yay mövsümi ilə əlaqədar olaraq qəbiristanlıqlarda abadlıq-təmizlik işlərinə geniş start verilib.

Media1.az-ın xəbərinə görə, Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəbiristanlıqlarda abadlıq və təmizlik işləri çərçivəsində iməcliklər keçirilib.

Ümumilikdə 75 qəbiristanlıq ərazisində həyata keçirilən təmizlik işləri sakinlər tərəfindən rəğbətlə qarşılanıb və iməcliklərdə 1500-dən çox insan yaxından iştirak edib.

Qeyd edək ki, təmizlik işləri ənənəvi olaraq davam edəcək.