27 İyul 2024

Bərdədə Mədəniyyət işçiləri şəhid ailəsini ziyarət edib

18 mart 2024-cü il tarixində Bərdə rayon Mədəniyyət Mərkəzi filialı Zümürxan Mədəniyyət Evinin kollektivi şəhid Allahverənov Məhəmməd Zöhrab oğlunun ailəsini ziyarət edib.

Media1.az-ın xəbərinə görə şəhid anası Səadət xanımla səmimi söhbət aparılıb. Şəhidin həyat yolu, keçdiyi döyüşlərdən danışılıb.

Onu da qeyd edək ki, Allahverənov Məhəmməd Zöhrab oğlu 8 Sentyabr 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub.29 iyul 2020-ci ildə könüllü olaraq hərbi xidmətə gedib.Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.