26 Aprel 2024

Bərdədə ekologiya idarəsi səhiyyə işçiləri üçün maarifləndirmə tədbiri təşkil edib

9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Bərdədə səhiyyə işçiləri ilə görüş keçirib.

Media1 .az xəbər verir ki, Ekologiya İdarəsinin sektor müdiri İsrafil Paşayev səhiyyə işçiləri üçün tibbi tullantılar və onun idarə olunması barədə geniş məlumat verib.

Onu da qeyd edək ki, tədbirdə səhiyyə işçiləri ilə yanaşı ” Ekoloji İnformasiya ” İctimai Birliyinin fəalları da iştirak ediblər.

Musa Muradlı- Media1.az