Bərdədə 26 yaşlı oğlan anasını və qardaşının həyat yoldaşını BIÇAQLADI
![](https://media1.az/wp-content/uploads/2023/06/kriminal.jpg)
Bərdə rayonunun Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Media1.az-a verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.