27 İyul 2024

Bərdə meşəsində 33 min ağac əkilib.

ATVFM.LİVE -in xəbərinə görə bu barədə 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verilib.

Qeyd edək ki, ictimai fəallar Bərdədə meşənin kütləvi qırğını barədə ardıcıl xəbərlər yaymışdır. Meşənin Çələbilər kəndi ərazisində hektarlarla ərazinin vəhşicəsinə qırılması və əkin altına çevrilməsi görüntülənmişdir.

Sosial şəbəkələrdə yayılan ictimai qınaqdan görünür Bərdə Regional Meşə İdarəsi nəticə çıxarıb. Qırılan və şumlanan meşə ərazisinə yenidən 33 min ədəd ağac tingi basdırılıb.