25 İyun 2024

Bərdə kollecində “Ekoloji təfəkkürün formalaşmasında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirilib

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 31 may 2024- cü il tarixində “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji təfəkkürün formalaşmasında təhsilin rolu” mövzusunda dəyirmi masa təşkil edilib.

Media1.az-ın xəbərinə görə, mövzu ətrafında geniş müzakirə aparılıb. Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev mövzu ilə bağlı maraqlı çıxış edib. Müzakirələr iştirakçılar arasında da böyük əhvali ruhiyyəyə səbəb olub. Müasir dünyanın ekoloji problemlrinə məsuliyyətli yanaşmağın vacibliyi vurğulanıb.

Kollecin biologiya müəllimləri Nuray Oruczadə, Əminə Cəbrayılova diskusiyada iştirak edərək ekoloji fəlakətlərdən qorunmaq , bioloji tarazlığı bərpa etmək üçün qlobal səviyyədə görülən işlər barədə vaxtaşırı tələbələri informasiyalaşdırılmağın müxtəlif yollarından danışıblar. Zootexnika müəlliməsi Sevinc Əliyeva, kimya müəlliməsi İlhamə Ağayeva da dərslərdə tələbələrə ekoloji mədəniyyətin aşılanmalığının vacibliyini qeyd ediblər. Eyni zamanda hərbi səfərbərlik üzrə mütəxəssis, Milli dəyərlərin qorunmasına Ziyalıların dəstəyi – İctimai Birliyinin sədri Aydın Zeynalov, kollecin şöbə müdiri Emin Əliyev, müəllimə Yeganə Ağayeva hər bir təhsil verənin tələbələri ekoloji davranışların pozulmasında ictimai qınaqlarla cəzalandırmasının lazımlığını, maarifləndirici, təbiəti qorumaq üçün örnək olacaq əl işlərinin kollecin binasında, həyətyanı sahəsində göstərilməsi, sərgilənməsi kimi təkliflərlərini irəli sürüblər.

Sonda Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev hər bir işçi və müəllim heyətini ekoloji problemlərin həlli üçün, sağlam dünyamız naminə əl ələ verərək aktiv olmağa çağırıb.

Musa Muradlı- Media1.az