Bakıda küçəyə atılan üç aylıq körpənin anası ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO
![](https://media1.az/wp-content/uploads/2022/12/05005a6f-492a-4336-a8b6-10c50ff008a8_850.jpg)
Bakıda küçəyə atılan üç aylıq körpənin yerləşdirildiyi sığınacağın rəhbəri açıqlama verib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, körpəni atan ananın çətin vəziyyətdə olduğunun ehtimal edildiyini qeyd edib:
“Aldığım məlumata görə, ana özünün və körpənin sənədlərini uşağın yanına qoyaraq gedib”.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti məlum olub.
Daha ətraflı Baku TV-nin süjetində:https://www.youtube.com/embed/2mxK2yuQODI
12:48
Bakıda küçədə 3 aylıq körpə tapılıb.
“Report” xəbər verir ki, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdirilib.
Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.