19 Mart 2024

Bakıda güclü külək ağacı avtomobilin üzərinə aşırıb

Bakıda güclü külək avtomobillərdən birinə ciddi ziyan vurub.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Hadisə Xətai rayonu, Neapol dairəsi, Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

Güclü külək nəticəsində ağacın gövdəsi “Hyundai Elantra” markalı avtomobilin üzərinə aşıb.