27 İyul 2024

Bağdadda Yeni il gecəsi 150 nəfər xəsarət alıb

İraqın paytaxtı Bağdad şəhərində Yeni il gecəsi atəşfəşanlıq və atışma nəticəsində ən azı 150 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə İraq Səhiyyə Nazirliyinin sözçüsü Seyf əl-Bədr məlumat verib.

Onun sözlərinə görə, 150 nəfərdən ən azı 20-si gözündən xəsarət alıb: “Hazırda ölüm faktı yoxdur. Daha sonra nazirlik ölkənin bütün əyalətləri üzrə xəsarət alanların statistikasını dərc edəcək”.