Azərbaycanın yeganə çəqanə ifaçısı: “60 yaşım olsa da, hər zaman gəncəm” – FOTO
Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş gecə keçirilib. Kamança və çəqanə ifaçısı, Xalq aristi Munis Şərifov musiqi mədəniyyətimizdə əvəzsiz xidmətləri olan sənətkardır.
Gecədə xalq artistləri və əməkdar artistlər, BMM-in solistləri çıxış edərək sənətkarı təbrik ediblər.
Oxu.Az-a açıqlama verən Munis Şərifov: “Mən musiqiçiyəm, 60 yaşım olsa da, ürəyim hər zaman gəncdir. Arzum budur, sizinlə 70 yaşımda görüşək!” – deyib.
Gecədə iştirak edən və uzun illərdir Munis Şərifovla birlikdə çalışan Xalq artisti Teyyub Aslanov ürək sözlərini Oxu.Az-la bölüşüb:
“İyirmi ildən çoxdur ki, birlikdə çalışırıq, Munis bəy böyük sənətkardan əlavə, çox gözəl dostdur. Necə ki, uzun illərdir sənətin zirvəsindədir, elə orada da qalmağı, daha da zirvələri fəth etməyi arzu edirəm”, – deyə Aslanov əlavə edib.