20 İyul 2024

Azərbaycanın səfirliyinə hücum etməkdə təqsirli bilinən şəxslə bağlı hökm çıxarılacaq

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı təqsirləndirilən şəxsin hökmü yaxın günlərdə veriləcək

APA xəbər verir ki, bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin beynəlxalq məsələlər üzrə müavini – İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi bildirib.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki Azərbaycan Səfirliyinə terror hücumu olub.

Səhər saat 8:30 radələrində terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.