16 Aprel 2024

Azərbaycanın əməkdar artisti vəfat etdi

Əməkdar artist, ud ifaçısı Yasəf Eyvazov vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, bu gün dünyasını dəyişib.

Məlumatı mərhumun bacısı oğlu, Əməkdar artist Rəşad İlyasov da təsdiqləyib. Yasəf Eyvazovun uzunsürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Y.Eyvazov Xalq artisti Şəfiqə Eyvazovanın qardaşıdır.

Allah rəhmət eləsin!

eybv.png (639 KB)