27 İyul 2024

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi – SƏRƏNCAM

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Media1.az-ın  xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.